Savaş mesajı - "Bir telefonla girə bilərik"

19 Sentyabr, 2019 11:05 | Siyasət | Baxış sayı: 144
ABŞ hərbçiləri
ABŞ hərbçiləri

ABŞ lideri İraqa müdaxilənin bataqlığa girmək olduğunu deyib

"Tək bir telefonla ölkəyə girə bilərik".Bunu ABŞ prezidenti Donald Tramp deyib. 

ABŞ lideri Kaliforniya ilə Meksika sərhəddində tikilən divarları yoxlayıb. Jurnalistlərə aparılan işlər barədə məlumat verilib. Tramp  İrana mümkün müdaxilə haqqında danışıb. 

O, Yaxın Şərqdəki vəziyyətdən də danışıb. "Yaxın Şərqdə nələrin baş verəcəyini zamanında görəcəyik. Müdaxilə etmək hər zaman asandır. Tək bir telefonla hər hansı ölkəyə girə bilərik. Bunun bu gün olması şərt deyil. Sabah da ola bilər, iki həftə sonrada".  

Dövlət başçısı vəzifəsindən kənarlaşdırdığı müşaviri Con Bolton haqqında da danışıb. O, Boltonla bir çox məsələdə fikir ayrılıqları yaşadıqlarını deyib. "Bolton kimi insanlar İraqa girmək istədi və işlər yolunda getmədi. Bataqlığa girdilər. Yaxın Şərqdə polis olduq. Bu qorxunc idi".