Putin Paşinyanı rədd etdi

19 Sentyabr, 2019 11:13 | Siyasət | Baxış sayı: 292
Vladimir Putin
Vladimir Putin

Rus lider İrəvanda bir neçə saat qalacaq

Rusiya prezidenti Vladimir Putin Ermənistanın paytaxtı İrəvanda keçirilməli olan Avrasiya İqtisadi Şurasının sammitində ölkənin baş naziri Nikol Paşinyan ilə görüşməyəcək. Bu barədə "168 Jam" qəzeti yazıb.

Nəşrin əldə etdiyi məlumata görə, Rusiya prezidentinin səfəri ancaq sammitlə bağlı olacaq. Putin heç qonalaq üçün verilən rəsmi ziyafətdə də iştirak etməyəcək. O cəmi bir neçə saat İrəvanda olacaq.

Xatırladaq ki, sammit oktyabrın 1-də işə başlayacaq.