Prezident ermənilərin qorxduğu hərbçi ilə görüşdü

19 Sentyabr, 2019 09:29 | Siyasət | Baxış sayı: 181
Stanislav Zasla görüş
Stanislav Zasla görüş

Belarusun Təhlükəsizlik Şurasının sədri Bakıda

Prezident İlham Əliyev Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı prezident bildirib ki, hər səfəri qarşılıqlı maraq doğuran məsələlər haqqında danışmaq üçün yaxşı imkandır.

"Bizim siyasi qarşılıqlı fəaliyyətimizin səviyyəsi çox yüksəkdir. Demək olar ki, dövlət başçılarının, digər rəsmi şəxslərin müntəzəm səfərləri, ticari-iqtisadi sahədə yaxşı irəliləmələr, birgə layihələr, birgə istehsal, təhlükəsizlik sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq mövcuddur. Belə ki, münasibətlərimiz dərin məzmunla zəngindir və nəticəyə yönəlib.

Bir də demək istərdim, münasibətlərimizin fərqli xüsusiyyəti ondadır ki, biz qərar qəbul edirik, qərarların həlli yollarını müəyyənləşdiririk və nəticəsini görürük. Düşünürəm ki, bu müsbət dinamika gələcəkdə də saxlanılacaq, münasibətlər uğurla inkişaf etdiriləcək, ölkələrimizə və xalqlarımıza fayda gətirəcək. Sizi bir daha Azərbaycanda salamlayıram".

Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas da dövlət başçısıilə görüşməkdən şərəf duyduğunu qeyd edib.