Paşinyanın nazirlərinin qaçışı

19 Sentyabr, 2019 16:28 | Siyasət | Baxış sayı: 51
Nikol Paşinyan köhnə komandanın təmsilçiləri arasında
Nikol Paşinyan köhnə komandanın təmsilçiləri arasında

8 nazirin istefası gözlənilir

Ermənistanın baş naziori Nikol Paşinyanın ətrafı daralmağa davam edir. Yaxın zamanda Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan, xarici işlər naziri Zöhrab Mnasakanyan, müdafiə naziri David Tonoyan, fövqəladə hallar üzrə nazir Feliks Çolakyan və ekologiya naziri Erik Qriqoryanın da istefa verəcəyi gözlənilir. Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Eyni zamanda istefa verəcək hökumət üzvləri arasında maliyyə naziri Atom Cancuqazyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, eləcə də dövlət gəlirləri üzrə komitənin başçısı David Ananyan da adı qeyd olunur.

İstefası gözlənilənlər arasında səhiyyə, əmək və sosial məsələlər üzrə nazir  də var.

Xatırladaq ki, bir neçə gün öncə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyan istefa ərizəsini təqdim edib. Vanesyan indiki vəziyyət fonunda istefa barədə qərarını ən düzgün və doğru sayıb. O, ölkədəki vəziyyəti əsl xaos adlandırıb. 

Dünən isə Ermənistan Polisinin rəisi (daxili işlər naziri) Valeri Osipyan postundna getdiyini elan edib.