Hərbçilərimiz ərazi kəşfini belə apardılar VİDEO

19 Sentyabr, 2019 10:45 | Siyasət | Baxış sayı: 101
a018be67690b5715fd371b14780a1d8e
a018be67690b5715fd371b14780a1d8e

Zakir Həsənov genişmiqyaslı təlimlərlə bağlı müşavirə keçirib

Təlimlərdə qoşunların qarşılıqlı fəaliyyəti ərazinin maketi üzərində icra olunub. Müdafiə Nazirıliyindən verilən məlumata görə, genişmiqyaslı təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları qoşunların qarşılıqlı fəaliyyətinin təşkilini maket üzərində həyata keçiriblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə təlimlərin mərhələlər üzrə epizodları çətin dağlıq relyefli ərazinin maketi üzərində işlənilib.

Xatırladaq ki, sentyabrın 20-dək davam edəcək təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.