Fıstıq yığan əfqanların başına bomba yağdı, 30 ölü

19 Sentyabr, 2019 12:17 | Siyasət | Baxış sayı: 31
Əfqanıstan
Əfqanıstan

Aviazərbələri kimin endirdiyi açıqlanmayıb

Əfqanıstana  endirilən aviazərbələr 30 nəfərin həyatına son qoyub. Zərbələr ötən axşam Nanqarhan vilayətinə endirilib. Ən azı 40 nəfər də yaralanıb. 

"Ariana" telekanalaının məlumatına görə, bombalar kənd təsərrüfatı ilə məşğul olan əhalinin yaşadığı əraziə düşüb. Bu vaxtlar isə əfqanlar fıstıq toplamaqla məşğul olurlar. 

Telekanal aviazərbələrin kim tərəfindən endirildiyini açıqlamayıb, lakin onları "əcnəbi qüvvələr" adlandırıb.