Baş nazirin başına bəla açan FOTO

19 Sentyabr, 2019 14:00 | Siyasət | Baxış sayı: 109
Kanadanın baş naziri
Kanadanın baş naziri

"Son dərəcə peşmanam, üzr istəyirəm"

2001-ci ildə çəkdirdiyi bir foto Kanadanın baş naziri  Castin Tryudonun başına bəla olub. Foto dünyanın gündəminə bomba kimi düşüb. 

Vancuver şəhərindəki "West Point Grey Academy"nin 18 il öncə keçirdiyi "ərəb gecəsi"ndə baş nazirin özünü qara rəngə boyadığı bəlli olub. Onun başında isə əmmamə olub. 

Fotonu ötən gün "Time" jurnalı yayıb. Qalmaqala səbəb isə baş nazirin irqçiliyi olub. 

Tənqidlərin qarşısını ala bilməyən Tryudo açıqlama verməyə məcbur olub. O, xidməti təyyarəsidə jurnalistlərə açıqlamasında fotonun irqçi olduğunu etiraf edib. "Son dərəcə peşmanam. Bunu etdiyim üçün üzr istəyirəm". O, 2001-ci ildə əməlinin bu mənaya gələcəyini düşünmədiyini deyib. Kanada xalqından üzr istəyən baş nazir məyus olduğunu bildirib. 

O, "ərəb gecələri" mövzusunda olan əyləncə zamanı nağıl qəhrəmanı Ələddini canlandırmaq istəyib.