Türkiyədə nazir müavini qəzada öldü

19 Avqust, 2019 19:08 | Siyasət | Baxış sayı: 58
Ahmet Haluk Dursun
Ahmet Haluk Dursun

Malazgird qələbəsinin 948-ci ildönümü münasibətilə tədbirdən qayıdırmış

Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Haluk Dursun yol qəzasında dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, nazir müavininin içərisində olduğu avtomobil  Vanın Erciş ərazisində dərəyə yuvarlanıb. Dursun qəza zamanı dünyasını dəyişib, 3 nəfər isə yaralanıb. Yralılar Erciş Dövlət Xəstəxanasına aparılıb.

Qeyd edək ki. Ahmet Haluk Dursun Malazgird qələbəsinin 948-ci ildönümü münasibətilə Türkiyə Yazıçılar Birliyinin Malazgirddə təşkil etdiyi tədbirdən qayıdırmış.