Ermənistanı çox qorxudan qurğular

19 Avqust, 2019 16:43 | Siyasət | Baxış sayı: 567

Kəşfiyyat materiallarının Azərbaycana ötürülməsini ehtimal edirlər

Ermənistianda "Seküriti drim" və "Gllips" şirkətlərinə qarşı qaldırılan cinayət işinin təfərrüatları şok doğurub.

İstiPress-in məlumatına görə, "Qraparak" qəzetinin yazdığına görə, hər iki şirkət yollara kamera və sürət ölçən quraşdıraraq sürücülərdən pul yığıb.

 "Seküriti drim" şirkəti yol xətalarını qeydə alıb, "Gllips" şirkəti isə xəatalara görə sürücülərdən pul yığıb. "Seküriti drim" şirkətinin təsisçisi Aleksan Zakaryanın  və "Gllips" şirkətinin baş mühasibi Sakanuş Saakyan həbs edilib.

İstintaq zamanı müəyyən edilib ki, hər iki şirkət Qurgen və Aleksan Zakaryan qardaşlarına məxsus olub. Onlar bu fəaliyyətlərini gerçəkləşdirmək üçün dövlət qurumlarının ştamp və möhürlərinin, blaknlarının, nəqliyyat vasitələrinin nömrələrinin saxtalaşdırılmasından istifadə ediblər. 

Hazırda qardaşlara qarşı küllü miqdarda mötəkirliklə bağlı cinayət işi qaldırılıb. Lakin bu, erməniləri elə də ciddi narahat etmir. Onları narahat edən əsas məsələ Ermənistanın təhlükəsizlik orqanlarının məsələdən xəbərsiz olmasıdır. Çünki qardaşlarını kəşfiyyat materialları toplayaraq Azərbaycana və ya başqa ölkəyə ötürməsi ehtimalı da onları çox qorxudur.