Putinlə Merkel saatlarının tutuşdurdular

19 Avqust, 2018 15:57 | Siyasət | Baxış sayı: 152
Rusiya prezidenti Vladimir Putin ilə Almaniya kansleri Angela Merkel arasında Mezeberq qəsrində keçirilən görüş
Rusiya prezidenti Vladimir Putin ilə Almaniya kansleri Angela Merkel arasında Mezeberq qəsrində keçirilən görüş

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında Mezeberq qəsrində keçirilən görüşlərini saat tutuşdurulmasına bənzədiblər.  

İstiPress-in məlumatına görə, müzakirələr üç saat davam edib. Görüşdən əvvəl mətbuata bəyanatlarla çıxış edən A.Merkel və V.Putin qeyd ediblər ki, işçi nahar formatında keçiriləcək görüşdə ikitərəfli və regional məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar. Həmçinin bildirilib ki, söhbət zamanı Suriya məsələsi, Ukrayna böhranının həlli yolları, “Şimal axını-2” layihəsi, İranın nüvə proqramı üzrə saziş ətrafındakı vəziyyət müzakirə olunacaq.

Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin Merkellə danışıqlardan əvvəl Avstriyanın xarici işlər naziri Karin Knayslın toyunda iştirak etməsindən danışıb.

Xatırladaq ki, Rusiya dövlətinin başçısı toyda Karin Knayslla rəqs edib, yeni evlənənlərin maşını üzərində istəklərini yazıb və oradan birbaşa Almaniya kansleri Angela Merkellə görüşmək üçün Berlinə yola düşüb.