İranla ABŞ yenə üz-üzə

19 İyul, 2019 08:43 | Siyasət | Baxış sayı: 44
İran əsgəri
İran əsgəri

Tramp PUA vurduqlarını, Zərif isə onun yalan danışdığını iddia edir

"İranda ona məxsus pilotsuz uçan aparatın vurulmasına dair məlumatı yoxdur". RİA Novosti-nin məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

ABŞ prezidenti Donald Tramp Fars körfəzində üzən Amerika gəmisinin İrana məxsus dronu vurduğunu bəyan etmişdi. "Pilotsuz aparat dərhal məhv edilib", - deyə o bildirib və əlavə edib ki, kəşfiyyat aparatı Amerikanın Fars körfəzində üzən gəmisindən təqribən 900 metr məsafədə olub.

Trampın sözlərinə görə, pilotsuz aparat ABŞ gəmisi üçün təhlükə yaradıb.

Zərif isə özünün "Twitter" səhifəsində dünya xəritəsini yerləşdirib. Burada o ABŞ və İranı sarı xətlərlə,  Fars körfəzini isə qırmızı nöqtə ilə qeyd edib. XİN başçısı förfəzin İranın cənub sərhəddinə yaxınlığını, xəritənin sonunda ABŞ-a əks istiqamətdə olduğunu göstərib. O, paylaşımını "Xatırlatma" adlandırıb.