Hərbçilərimiz Beynəlxalq Ordu Oyunlarında

19 İyul, 2019 15:22 | Siyasət | Baxış sayı: 25
Ordu oyunları
Ordu oyunları

Oyunlar Rusiya, Belarus, Qazaxıstan və Özbəkistanda olacaq

Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edəcəklər.

Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edəcək.