Avropanın ən böyük partiyası Ermənistanı tənqid etdi

19 İyun, 2020 16:47 | Siyasət | Baxış sayı: 139
Qaqik Sarukyan hebs edilən zaman
Qaqik Sarukyan hebs edilən zaman

Avropa İttifaqının ən böyük siyasi birliyi – Avropa Xalq Partiyası Ermənistanda müxalifətçi “Çiçəklənən Ermənistan”  partiyasına qarşı repressiyalarla bağlı bəyanat yayıb.

İstiPress-in məlumatına görə, Avropa Xalq Partiyasının sədri, Avropa Birliyi şurasının keçmiş sədri Donald Tusk rəsmi Yerevana bununla bağlı çağırış edib: “Biz Ermənistan hakimiyyətini müxalifətə təzyiq göstərməkdən çəkinməyə çağırırıq”- deyə Tusk açıqlama verib.

Avropanın siyasi dairələri “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan və tərəfdarlarının kütləvi həbsini, partiyanın ləğvinin gündəmə çıxarılmasını siyasi təzyiq vasitəsi partiyanın ləğvinin gündəmə çıxarılmasını siyasi təzyiq vasitəsi qəbul edirlər.