Rusiya aviaşirkəti Azərbaycandan üzr istədi

19 İyun, 2019 10:26 | Siyasət | Baxış sayı: 115
Moskva
Moskva

Bütün təyyarələrdən yığışdırılıb

Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinin bort jurnalı olan “UAM”ın redaksiyası Azərbaycandan üzr istəyib.

IstiPress-in məlumatına görə, redaksiya jurnalın 2019-cu il 117 nömrəli nəşrində dərc edilmiş reklamdakı qeyri-dəqiqliyə görə üzrxahlıq edib.

Redaksiyadan həmçinin bildiriblər ki, jurnalın iyun nömrəsinin nüsxələri bütün təyyarələrdən yığışdırılıb, eləcə də jurnal həmin reklamı verənlə müqaviləni ləğv edib.

“UAM” jurnalının sözügedən nömrəsində “Günəşli Ermənistana vertolyot turları” başlıqlı reklam yerləşdirilmişdi. Reklamda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilmiş, işğal olunmuş ərazilərə vertolyot turlarının təşkili barədə elan dərc olunmuşdu.