Qüdsdə 60 erməni iki yəhudini vəhşicəsinə döydü

19 İyun, 2019 11:54 | Siyasət | Baxış sayı: 131
Qüds
Qüds

Qüdsün Köhnə şəhərində erməni məhəlləsi ilə gedirmişlər

İyunun 8-də Yəhudi Şavuot bayramı ərəfəsində erməni kilsəsinin 60 tələbəsi Qüdsün Köhnə şəhərində erməni məhəlləsi ilə gedən iki gənc yəhudiyə hücum edərək vəhşicəsinə döyüblər

İstiPress-in məlumatına görə, zərərçəkənləri təmsil edən vəkil Xaima Blayker qeyd edib ki, yəhudilərin döyülməsi erməni kilsəsinin tələbələrinə rəhbərlik edən kahinlər onları dayandırana qədər davam edib.

Vəkil Bleyker polisin istintaq və kəşfiyyat şöbəsinə müştərilərin işi üzrə istintaqın tamamlanması üçün məktub göndərib.

Bleyker deyib ki, onları yerə yıxıb təpikləyiblər və üzlərindən vurublar.

Hüquqşünas gənc yəhudilərə hücum etməkdə şübhəli bilinən hər bir şəxsi həbs etməyi və istintaqa cəlb etməyi xahiş edib.