Mişel Platini azadlığa buraxıldı

19 İyun, 2019 12:29 | Siyasət | Baxış sayı: 42
Mişel Platini - UEFA-nın sabiq prezidenti
Mişel Platini - UEFA-nın sabiq prezidenti

Tarix boyunca qış fəslində keçiriləcək ilk mundialla bağlı qalmaqal

UEFA-nın keçmiş prezidenti Mişel Platini azadlığa buraxılıb.

İstiPress-in məlumatına görə, bu barədə "France Presse" məlumat yayıb.

Xatırladaq ki, UEFA-nın keçmiş prezidenti 2022-ci ilin futbol üzrə dünya çempionatının keçiriləcəyi ölkənin seçkilərində yol verilmiş qanunsuzluqlara görə dünən həbs edilmişdi.

Yeri gəlmişkən, 2022-ci ildə futbol üzrə dünya çempionatı Qətərdə keçirilməlidir. Bu, tarix boyunca qış fəslində keçiriləcək ilk mundial olmalıdır. Onu da qeyd edək ki, Qətərin seçilməsində korrupsiyanın heç də son rol oynamadığı ilə bağlı iddialar bundan əvvəl də səslənirdi.

M.Platinin nümayəndəsi Jan-Kristof Alke iddia edirdi ki, məmuru şahid ifadələrini vermək üçün həbs ediblər. Bu ona görə edilib ki, prosesə cəlb edilmiş digər şəxslər təhqiqat çərçivəsində razılaşa bilməsinlər.

Mişel Platini UEFA-ya 2007-2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə endirilib.