Bakı və İrəvan ekspertlərinin sabahkı görüşdən fərqli gözləntiləri
Azərbaycan politoloqları Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sabah Vaşinqtonda keçiriləcək görüşündən heç nə gözləmirlər.
İstPress-in müraciət etdiyi əksər politoloqlar ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltondan fərqli olaraq nikbin deyillər və görüşü mənasız sayırlar.
Looking forward to meetings later this week with the Foreign Minister of Armenia and the Foreign Minister of Azerbaijan, to encourage continued dialogue between them. The United States stands ready to assist in advancing the cause of peace in the region.
— John Bolton (@AmbJohnBolton) 18 июня 2019 г.
Görüşün təşkilatçısı olan Con Bolton öz “Twitter”ində Vaşinqtonun regionda sülhün əldə olunmasına dəstək verməyə hazır olduğunu yazıb. “Bu həftənin sonunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü səbrsizliklə gözləyirəm ki, onların arasında dialoqa dəstək verəm”, - deyə Con Bolton bildirib.
Azərbaycanlı politoloq, Xarici İşlər Nazirliyinin keçmiş işçisi Fikrət Sadıqov isə İstiPress-ə müsahibəsinldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla onun erməni həmkarı Zöhrab Mnatsakanyan Vaşinqtonda keçiriləcək görüşdən heç nə gözləmədiyini bildirib:
“Düzdür, son zamanlar Azərbaycan - ABŞ münasibətləri dinamik inkişaf edir. Müşavir Bolton da münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən fikirlər söyləmişdi. Amma bu yetərli deyil - Azərbacan torpaqları işğal altındadır. ABŞ böyük dövlətdir və münaqişənin həllini nəzərdə Madrid prinsipləri üzrə Ermənistan ordusundun işğal etdiyi torpaqları tərk etməyi tələb edə bilər. Madrid prinsiplərində bu, nəzərdə tutulub”,- deyə Fikrət Sadıqov bildirib.
Politoloq Tofiq Abbasov da İstiPress-ə müsahibəsində Vaşinqton görüşü ilə bağlı ümidsiz danışıb:
“Ermənistanın sülh istəmədiyi aydın görünür. Sülh istəyən ölkə danışıqlar öncəsi iki Azərbaycan hərbçisini qətlə yetirməzdi. Əsas məsələlərdən biri də odur ki, münaqişənin həlli üzrə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr Ermənistanın bu əməllərinə göz yumurlar. ABŞ özü də münaqişənin həllində maraqlı deyil, çünki Rusiyanın moderatorluğu ilə nizamlanmanı istəmir”,- deyə Tofiq Abbasov vurğulayıb.
Erməni politoloqların fikirilərini izlədikdə Azərbaycan politoloqlarının doğru qənaətdə olduğu görmək olur. Məsələn, erməni politoloq Narek Qalstyan “Sputnik”ə müsahibəsində bildirib ki, Ermənistan tərəfi Qarabağın danışıqlarda iştirakını tələb etməklə danışıqları nəticəsiz məcraya yönəltməkdə davam edəəcək: “Belə olan şəraitdə Ermənistan var gücü ilə Azərbaycanın təzyiqi qarşısında duruş gətirməlidir və buna paralel olaraq ordusunu gücləndirməlidir”.
Qalstyan bu fikirdədir ki, Ermənistan diplomatyası həm də Azərbaycaın hərbi və iqtisadi cəhətdən cilovlanmasına çalışmalıdır. Yəni erməni politoloq Ermənistanın müharibədən başqa yolu qalmadığını bildirir və Vaşinqtona məhz bu variantla getdiyini vurğulayır.
MTRŞ-ın qalmaqallı qərarına reaksiya
102.1 FM tezliyi satılırsa, 102 FM tezliyindəki radiostansiya bir daha yayım gerçəkləşdirə bilməyəсək
Yaşadığı rayonda xuliqanlıq maddəsi ilə həbs edilib
İsayev Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib
İH başçısı ordenlə təltif edilib