Zakir Həsənov həmsədrlərlə görüşüb

19 İyun, 2017 13:27 | Siyasət | Baxış sayı: 70
Zakir Həsənov həmsədrlərlə görüşüb
Zakir Həsənov həmsədrlərlə görüşüb

Regiona səfərləri çərçivəsində həmsədrlər Bakıda olublar

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 19-da ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

İstiPress-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.