Türkiyə Naxçıvanla azad ticarət zona yaradır - Türkiyəli nazir

19 İyun, 2017 13:20 | Siyasət | Baxış sayı: 43
Nihat Zeybekçi
Nihat Zeybekçi

Lazımi infrastruktur yaradılıb

Türkiyə Naxçıvanla azad ticarət zona yaradır. İstiPress xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı artıq lazımi infrastruktur yaradılıb.

"Türkiyə iqtisadiyyat nazirliyinin nümayəndələri artıq Naxçıvanda yerləşdirilib", deyə nazir bildirib.