Suriya üzrə növbəti Astana görüşünün vaxtı məlum oldu

19 İyun, 2017 20:13 | Siyasət | Baxış sayı: 36

Görüş iyulun 4-5-də olacaq

Suriyada vəziyyətin nizamlanmasna dair növbəti görüş Astanada iyulun 4-5-də keçiriləcək. İstiPress-in məlumatına görə, bu barədə Qazaxıstan XİN-in mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib.

A.Jaynakov deyib ki, həm Rusiya, həm Türkiyə, həm də İran tərəfinin həmin tarixdə görüşün keçirilməsi barədə razılığı alınıb.

Qazaxıstan XİN-in mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Astana danışıqlarının budəfəki mərhələsində əldə olunmuş əvvəlki razılaşmaların necə yerinə yetirilməsi və vəziyyətin normallaşdırılması istiqamətində atılacaq növbəti addımlar müzakirə ediləcək.