Rusiyadan ABŞ-a xəbərdarlıq: Anında vuracağıq

19 İyun, 2017 16:39 | Siyasət | Baxış sayı: 543
ABŞ ordusu
ABŞ ordusu

Moskva Vaşinqton ilə Suriyadakı bütün əlaqələri kəsdi

ABŞ-ın Suriyada Bəşər Əsəd rejiminə aid təyyarəni vurmasından sonra Vaşinqton ilə Moskva arasında gərginlik artıb.

İstiPress-in məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Suriya ordusunun təyyarəsinin vurulmasını kəskin şəkildə qınayıb.

S.Ryabkov bildirib ki, ABŞ bununla terrorçulara kömək etdiyini göstərib.

“Suriya ordusunun vurulmasını böyük narahatlıqla qarşıladıq. Bu, birbaşa Suriya ordusuna hücumdur və təhlükəli vəziyyətin yaranmasına səbəb olacaq. Gələcəkdə bu kimi halların təkrarlanmaması üçün Vaşinqtona xəbərdarlıq edirik”, - nazir müavini deyib.

Bununla yanaşı, Sergey Ryabkov bəyan edib ki, Moskva Suriya hava məkanında qəzalara səbəb olmamaq üçün yaradılan birgə rabitə kanallarının ləğvi barədə qərar qəbul edib.

Nazir xəbərdarlıq edib ki, bundan sonra Rusiya təyyarələrinin fəaliyyət göstərdiyi bölgədə uçan digər təyyarələr anında vurulacaq.