Qarabağın heç yerdə görmədiyiniz ən yeni FOTOLARI

19 İyun, 2017 10:17 | Siyasət | Baxış sayı: 648
Xocavənd rayonunda yaşayan ermənilər
Xocavənd rayonunda yaşayan ermənilər

Xocavənddə girov saxlanılan ermənilərin fotosu yayıldı

Cəbhə xəttində gərginliyin artması fonunda Dağlıq Qarabağın ən yeni fotoları yayılıb. İstiPress-in məlumatına görə, “VestnikaKavkaza” saytının yaydığı fotolardan da görünür ki, Qarabağda yaşamağa məcbur edilən ermənilər, necə deyərlər, çox bərbad vəziyyətdə yaşayırlar.

Xocavənd rayonunun Mirikənd kəndindən hazırlanan fotoreportajda qeyd olunur ki, burada cəmi 100 adam yaşayır və məktəbdə 9 şagird təhsil alır.

Fotolardan bizə qocalar, qadınlar və uşaqlar baxır və onların necə yaşadığı gözlər önünə sərilir. Bu insanların getməyə yeri yoxdur və başqa həyat tərzi sürmək üçün onlara heç bir şərait yaradılmır.

Əslində isə o erməniləri “Qarabağ müharibəsinin qəhrəmanları” adı ilə girovda saxlayırlar. Şuşanın işğalına rəhbərlik edən erməni general-mayor Arkadi Ter-Tadevosyan bu yaxınlarda bəyan etdi ki, əgər Azərbaycan Qarabağa zərbələr endirməyə başlasa, Ermənistanın mülki vətəndaşları ziyan görəcək, çünki Ermənistan bu torpaqlarda Azərbaycan kimi strateji obyektlər yerləşdirməyib.

General açıq etiraf edir ki, Qarabağın cəbhə cəttinə yaxın kəndlərində yaşayan ermənilər mövcud vəziyyətin girovlarıdır. Görəsən, general qorxu və səfalət içində yaşayan, eyni zamanda narkotik ticarətinin qurbanlarına çevrilən “qəhrəmanlarının” gözlərinə baxaraq həmin sözləri təkrar edə bilərmi?

Hazırladı: Saməddin Mehrəliyev

Mirikənddə gəzən erməni
Mirikənddə gəzən erməni
İşğal olunmuç torpaqlarda qocalar, qadınlar və uşaqlar qalıb
İşğal olunmuç torpaqlarda qocalar, qadınlar və uşaqlar qalıb
Mirikənddə erməni uşaq
Mirikənddə erməni uşaq
Mirikənd
Mirikənd
Xocavəndin səfalı yerlərində istirahət edən ermənilər
Xocavəndin səfalı yerlərində istirahət edən ermənilər
Mirikəndə ev
Mirikəndə ev