Qarabağda çatışmayan ölüm medalı

19 İyun, 2017 13:07 | Siyasət | Baxış sayı: 432
Məhv edilmiş erməni əsgərləri
Məhv edilmiş erməni əsgərləri

Dağlıq Qarabağda medal çatışmazlığı yaranıb

Qondarma Dağlıq Qarabağ respublikasında ölən erməni hərbi qulluqçularına görə qəfildən medal çatışmazlığı yaranıb.

Məsələ burasındadır ki, dəmir medallar İrəvanda hazırlanır. Tanınmamış respublikanın prezidenti isə Qarabağda döyüşən hərbi qulluqçuları bu medallarla mükafatlandırır.

Bütün bunların fonunda son vaxtlar cəbhə xəttində ölən hərbi qulluqçuların sayı artıb, bu isə medal çatışmazlığına səbəb olub.

İrəvanda təbii ki, “ölümsüzlük” mükafatının sayını artıracaqlar. Yeri gəlmişkən qeyd edək ki, medallar ölən hərbçilərin ailələrinə verilir - onların oğullarından gözəl xatirə kimi.

Doğrudur, bu qanlı müharibəni başladanlara qarşı olan valideynlər oğullarını cəhənnəmə göndərmək istəmirlər.

Məhz buna görə də ölkədən qaçan gənclərin sayı artır. Onlar öz evlərini qoyub Ermənistandan qaçırlar. Yerli KİV-lərin məlumatına görə, gənclərin 85-90% ölkəni tərk edir.

Aydındır ki, valideynlər hakimiyyətdə olan siyasətçilərin ideyalarına övladlarını qurban vermək istəmirlər. Başa düşürlər ki, min dəfə bahalı olan medallar övladlarını əvəz edə bilməz.

Mais Məmmədov / Əməkdar jurnalist