Putin Türkiyəyə yeni səfir göndərdi

19 İyun, 2017 12:45 | Siyasət | Baxış sayı: 54
Vladimir Putin - Rusiya prezidenti
Vladimir Putin - Rusiya prezidenti

Rusiya prezidenti Aleksey Yerxovu Türkiyəyə səfir təyin edib

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə yeni səfir təyin edib. İstiPress-in RİA Novosti saytına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Aleksey Yerxovu Türkiyəyə səfir göndərib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabr ayının 19-da Ankarada sui-qəsd nəticəsində qətlə yetirilib. Səfir rəsm sərgisində çıxış edərkən polis əməkdaşı Mövlud Altındaş ona dəfələrlə atəş açıb.

Sui-qəsdçi təhlükəsizlik qüvvələri əməkdaşları tərəfindən zərərsizləşdirilib. Qətli Türkiyə və Rusiyanın mütəxəssisləri araşdırır.