Parisdə həyəcanlı dəqiqələr - "Ərazidən uzaqlaşın" çağırışı FOTO

19 İyun, 2017 20:20 | Siyasət | Baxış sayı: 92

Polis hadisə yerini mühasirəyə alıb

Bu gün Parisin mərkəzində Yelisey sarayı yaxınlığında avtomobil yanıb.

İstiPress-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bir avtomobil polis maşınlarına doğru hərəkət edib və onlara çırpılaraq yanıb.

 Avtomobilin sürücüsü saxlanılıb. Hadisə nəticəsinə xəsarət alanların olub-olmadığı açıqlanmır. Polis hadisə yerini mühasirəyə alıb. İnsanların həmin yerə yaxınlaşmasına icazə verilmir.