Müsəlman icması Londondakı hadisədən coşdu

19 İyun, 2017 09:30 | Siyasət | Baxış sayı: 97
Müsəlman icması
Müsəlman icması

"Bu, açıq-aşkar islamafobiyanın təzahürüdür"

Böyük Britaniyanın müsəlman icmasının rəhbəri Xarun Xan bəyan edib ki, məsciddən çıxanların üzərinə maşın sürən adam islamafobiyadan təsirlənmiş olub.

İstiPress BBC-ə istinadən xəbər verir ki, müsəlman icması bu kimi hallarla dəfələrlə üz-üzə qalıb və bu insident birinci deyil.

Xatırladaq ki, Londonda furqon tipli avtomobil məsciddən çıxan insanların üzərinə sürüb. Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb. İnsidenti törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. Bir çox kütləvi informasiya vasitələri iki nəfərin öldüyünü yazsa da, polis ölü sayının bir nəfər olduğunu deyib.