İran Suriyanı ballistik raketlərlə vurdu - VİDEO

19 İyun, 2017 13:54 | Siyasət | Baxış sayı: 317
Suriya
Suriya

Tehran bu addımı qisas məqsədilə atıb

İran İnqilab Keşikçiləri Suriyada terrorçuların mövqelərini raket atəşinə tutub. İstiPress-in məlumatına görə, bu barədə Tasnim agentliyi xəbər yayıb.

Agentlik qeyd edir ki, orta mənzilli ballistik raketlərlə həyata keçirilən hücum bu yaxınlarda Tehranda baş vermiş terror aktına cavabdır.

Xatırladaq ki, iyunun 7-də İranda silsilə terror aktları baş verib. Terrorçular parlament binasında və Xomeyninin məqbərəsində silahlı və bombalı hücumlar həyata keçiriblər. Nəticədə 17 nəfər ölüb, 43 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.