İncirlik qərarından sonra bir ilk

19 İyun, 2017 16:13 | Siyasət | Baxış sayı: 85
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Almaniyaya gedir

Almaniyanın hərbçilərini İncirlikdəki hərbi bazadan çıxarması barədə qərar verməsindən sonra Türkiyə gözlənilməz addım atıb. İstiPress-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya gedir. Səfər  7-8 iyul tarixində reallaşacaq.

Bu səfər zamanı İncirliklə bağlı vəziyyətin də müzakirə ediləcəyi gözlənilir. 

Türkiyə ilə Almaniya arasında münasibətlər son zamanlar ikincinin FETÖ-çulara sığınacaq dəstəyi verməsi, Ərdoğanın referendum mitinqlərinə icazə verməməsi, İncirlik bazası ilə bağlı məsələlərlə bağlı gərginləşmişdi.

Xatırladaq ki, Ərdoğan bir neçə gün öncə vacib görüşlər keçirmək üçün Türkiyəyə gələn Almaniyanın xarici işlər naziri Sigmar Gabrieli qəbul edib.