İmam hadisəni törədən sürücünü kütlənin qəzəbindən qorudu

19 İyun, 2017 10:43 | Siyasət | Baxış sayı: 39
London polisi
London polisi

O, hər şeyin qanun müstəvisində həll edilməli olduğunu deyib

Londonda məsciddən çıxan insanların üzərinə maşın sürən adamı kütlənin qəzəbindən imam qoruyub.

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, imam polisin gəlişinə qədər onu qorumağı bacara bilib. Məhəmməd Mahmud adlı imamın bu hərəkəti, müsəlman icması tərəfindən yüksək qiymətləndirilib.