Fransa parlamentində 3 erməni deputat

19 İyun, 2017 16:45 | Siyasət | Baxış sayı: 153

“Erməni soyqırımı” qanun layihəsinin həmmüəlliflərindən biri isə seçkidə uduzdu

İyunun 18-də Fransada keçirilən parlament seçkilərinin 2-ci mərhələsində milliyyətcə erməni olan 3 nəfər qalib gəlib və deputat seçilib.

İstiPress “1in.am”a istinadən xəbər verir ki, onların namizədliyi hakim, “İrəli respublika” partiyasından irəli sürülüb.

Beləliklə, Jak Marilosyan, Daniel Xazaryan və Qiyom Qasparyan deputat mandatı qazanıb.

“Erməni soyqırımı”nın tanınması üçün hazırlanan qanun layihəsinin həmmüəlliflərindən biri olan Paskal Şamasyan isə seçkidə uduzub.  

Yeni seçilən deputatlardan biri Nadya Yesayan (Verzon)nın həyat yoldaşı da milliyətcə ermənidir.