Fransa parlamentinə seçkilərdə gözlənilən nəticə

19 İyun, 2017 07:27 | Siyasət | Baxış sayı: 15
Fransa prezidenti Emanuel Makron
Fransa prezidenti Emanuel Makron

Makronun partiyası liderdir

Fransada parlament seçkilərinin II turunda prezident Emmanuel Makronun "İrəli, respublika" partiyası üstünlük qazanıb.

İstiPress RİA agentliyinə istinadən xəbər verir ki, “İrəli, Respublika” hərəkatı Milli Assambleyadakı 577 yerdən 308-ni qazanıb. Makronun hərəkatının "Modem" partiyasından ("Demokratik hərəkat") olan müttəfiqləri isə parlamentdə 42 mandat qazanıb.

Sağmərkəzçi "Respubikaçılar" partiyası 113, Marin Le Penin sağçı "Milli Cəbhə" partiyası 8, solmərkəzçi "Sosialist partiyası" 29 mandat qazanıb.