Ermənistana yeni hücum çaxnaşma yaratdı

19 İyun, 2017 09:06 | Siyasət | Baxış sayı: 1481
Gürzə
Gürzə

Düşmən ən ağlagəlməz yerlərdən aşkar edilir

İlanlar Ermənistana yığılır. Bu, Cənubi Qafqaz Respublikasının ərazisi bu il ilanların böyük hücumuna məruz qalıb.

Respublikanın Fövqəladə Hallar Nazirliyi (FHN) hər gün bir neçə dəfə bu sürünən həşəratların ən gözlənilməz yerlərdə və praktiki olaraq, Ermənistanın bütün rayonlarında tapılmasından xəbər verir. 

Keçən həftə də FHN eyni zamanda bir neçə ən gözlənilməz yerdə - mehmanxanalarda, evlərdə, maşınların kapotunun altında ilan tapıb. Bazar günü axşamı da daha bir gürzə yaşayış binasında aşkar edilmişdi. Xilasedicilər onu tapıblar və təhlükəsiz yerə aparıblar.

Erməni alimlər hələ də ilanların ölkələrinə bu cür geniş miqyaslı hücumunu izah edə bilmirlər. Yerli müdriklər, təbii ki, erməni əsilli müdriklər hesab edirlər ki, ilanlar ona görə bura axın edirlər ki, burda onlar üçün çox xoşdur.

Onlar  da hiyləgər, mənfur və oğrudurlar. Hakimiyyətdə olan siyasətçilər kimi. Buna görə də FHN yuxarı hakimiyyət dairələrdən göstəriş alıb ki, ilanları ehtiyatla tutub daha təhlükəsiz yerə aparsınlar.

İlanlara bu qayğı hər kəsi heyrətləndirib. Gerçəkdən deyirlər ki, it itin ayağını basmaz!

Mais Məmmədov, Əməkdar Jurnalist