Erməniləri şok edən Qarabağ cavabı

19 İyun, 2017 10:52 | Siyasət | Baxış sayı: 823
Ermənistan ordusu qoşunların təmas xəttində
Ermənistan ordusu qoşunların təmas xəttində

“Azərbaycana qarşı heç nə etmək mümkün deyil”

“Azərbaycana qarşı heç bir sanksiya mümkün deyil”. Bu barədə erməni jurnalistlərlə söhbətində tanınmış rusiyalı politoloq Aleksandr Xramçixin bildirib.

Erməni jurnalistlərin sualı qoşunların təmas xəttində son günlərdə 6 nəfər erməni əsgərin ölməsi ilə bağlı olub. Yəni, ATƏT-in Azərbaycana qarşı sanksiyaları ilə status-kvonun möhkəmləndirilməsinin mümkün olub-olmaması barədə maraqlanıblar.   

Aleksandr Xramçixin erməni jurnalistləri məyus edib. Onun sözlərinə görə, Dağlıq Qarabağda atəşkəs xəttində toqquşmalar davam edəcək: 

“Mən başqa yol görmürəm. Toqquşmaların dayanması üçün tərəflərdən biri Qarabağdan imtina etməlidir”.

“ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycana qarşı sanksiya tədbirləri mümkündürmü?” sualına Xramçixin sərt cavab verib:

“Mən düşünürəm ki, ATƏT-in həmsədrləri tərəfindən Azərbaycana qarşı heç bir sanksiya mümkün deyil. Minsk qrupu Qarabağ münaqişəsindən sülh yolu ilə çıxmaq istəyir. Siz isə hələ də müharibəyə hazırlaşırsınız”.

Mais Məmmədov, Əməkdar Jurnalist