Ermənilər Azərbaycanda PKK-a baza qurub

19 İyun, 2017 13:41 | Siyasət | Baxış sayı: 316
PKK üzvləri
PKK üzvləri

ASİMDER: "Bölgədəki bütün terror təşkilatları üçün düşərgələr salınıb"

Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində terror təşkilatı olan PKK üçün baza qurub. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu məlumatı Beynəlxalq Əsilsiz erməni iddiaları ilə mübarizə dərnəyinin (ASİMDER) direktoru Göksel Gülbey deyib. Onun sözlərinə görə, Tehranda İŞİD terrorçularının həyata keçirdiyi terror hücumu zamanı kəşfiyyat və sızmalara Qarabağda yerləşdirilən terror təşkilatı PKK-nın İranda passivləşən qolu olan PJAK üzvləri köməkçi olub.

“İŞİD terror təşkilatının dəstək və üzvlər qazana bilmədiyi nadir ölkələrdən olan İranın düz mərkəzində terror törədir. Terror təşkilatı mütəxəssisləri bilirlər ki, bir hücum etmək üçün həmin ərazidən olan, bölgəni yaxşı tanıyanlardan dəstək alınmalıdır. İllərlə İran torpaqlarında terror hücumları gerçəkləşdirən PKK-nın İran qolu olan PJAK bu hadisələrdə İŞİD-a dəstək olub, onlara kəşfiyyat məlumatı ötürüb. PKK-nın İrandakı qolu PJAK terror təşkilatı İran torpaqlarını tərk edərək Ermənistanın işğal etdiyi Azərbaycanın ərazilərində yerləşib. PJAK terror təşkilatındakı 1750 döyüşçü Qarabağ bölgəsinə yerləşdirilib".

Təşkilat rəhbərinin sözlərinə görə, Qarabağda PJAK-ın 12 təlim düşərgəsi var. Adıçəkilən qruplaşma İranla onun ərazisini tərk etmək barədə razılaşma əldə etsə də, bölgəni nəzarətsiz qoymur. "Bölgədəki bütün hadisələri və kəşfiyyata davam etdikləri barədə məlumatları PKK-ya yaxın, İranda yaşayan qaynaqlarımızdan alırıq. PKK və PJAK terror təşkilatı üzvlərinin Qarabağ bölgəsində olduqlarını sosial şəbəkələrdə paylaşdıqları fotolardan da görürük. Ermənistan dövlət rəsmiləri  hər nə qədər inkar etsələr də, Qarabağı Fələstindəki Bekaa vadisinə çeviriblər. Bölgədəki bütün terror təşkilatları üçün düşərgə qurulub. Bu təhlükəyə qarşı İran, Azərbaycan, Gürcüstan və Türkiyə diqqətli olmalıdır. Bu təhlükəni böyümədən yox etmək üçün müdaxilə etməli, Ermənistan dövlət rəsmilərinə xəbərdarlıq etməlidirlər".