Azərbaycan Ordusu hərəkətə keçdi VİDEO

19 İyun, 2017 11:04 | Siyasət | Baxış sayı: 506
Azərbaycan Ordusunun hərbi texnikası
Azərbaycan Ordusunun hərbi texnikası

Yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları çıxarıldı

Silahlı Qüvvələrdə genişmiqyaslı təlimlər başlayıb. İyunun 19-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.