Rusiyada 2016-cı ildən bəri vətəndaşlıq alan azərbaycanlıların sayı

19 May, 2020 13:21 | Siyasət | Baxış sayı: 91
Rusiya pasportu
Rusiya pasportu

Statistikanı Rusiya Daxili İşlər Nazirliyi yayıb

Bu ilin ilk rübündə 161 mindən çox şəxs Rusiya vətəndaşlığını alıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

İstiPress RBK-ya istinadən xəbər verir ki, bununla bağlı statistikanı Rusiya Daxili İşlər Nazirliyi yayıb.

Qeyd olunur ki, son illərdə Rusiya vətəndaşlığı alanların sayı getdikcə artır, 2019-cu ildə isə bu say 497,8 min nəfər olub.

Rusiya vətəndaşlığı alanların əksəriyyəti Ukrayna vətəndaşlarıdır. 2016-cı ilin əvvəlindən 2020-ci ilin birinci rübünə qədər Rusiya pasportları alanlar arasında onların payı 46,6% və ya 676,8 min nəfər təşkil edib.

TOP-10-un sonrakı sıralarda Qazaxıstan (12,9%), Tacikistan (10%), Ermənistan (7,2%), Özbəkistan (6,3%), Moldova (4,8%), Azərbaycan (3,4%), Qırğızıstan (2,7%), vətəndaşlığı olmayan şəxslər (2,4%) və Belarus (1,3%) qərarlaşıb.

Beləliklə, yuxarıda göstərilən müddət ərzində 49,7 min Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını alıb.