Paşinyan İrəvandan qaçmağa hazırlaşır

19 May, 2020 13:52 | Siyasət | Baxış sayı: 776

Koronavirus bu qədər geniş tüğyan etməsə idi…

Ermənistan baş naziri Nikol Paşinyan İrəvanın “Hayrenik” kinoteatrının yanında yerləşən üç otaqlı mənzilini satışa çıxarıb.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan "Qraparak" qəzeti yazır.

Qəzetin məlumatına görə, satış elanı estate.am əmlak portalına fevralın 27-də yerləşdirilib və ona 85 min dollar qiymət qoyulub.

Bu, Ermənistanda koronavirusa görə karantin elan edilməsindən əvvələ təsadüf edir və erməni ekspertlər bunu baş nazirin ölkəni tərk etməyə hazırlaşması kimi dəyərləndirirlər. Yəqin koronavirus bu qədər geniş tüğyan etməsə idi, Paşinyanın İrəvandakı evi satılacaqdı və üzərinə müəyyən qədər də əlavə edildikdən sonra qərb ölkələrinin birində əmlaka çevriləcəkdi. Yəni koronavirus Ermənistan baş nazirinin bu layihəsinin gerçəkləşdirməyə imkan verməyib.

Ekspertlər bunu Nikol Paşiyanın reytinqinin sürətlə düşməsi ilə izah edirlər. “Vestnik Kavkaza” portalının yazdığına görə, bu məsələ mayın 16-da Paşiyanın “Facebook”da canlı yayıma çıxması zamanı özünü göstərib. 800 min izləyicisi olan Nikol Pahşiyanın çıxışının sonuna yalnız min adam qalıb və onlardan biri - Նու Արդ (Nu Ard) adlı istifadəçi çıxışa çox təhqiramiz rəy yazıb.

"Burada «söndürmək» düyməsi haradadır? Kimsə bu ümidsiz yoldaşa deyə bilər ki, onu yalnız 1000 nəfər seyr edir, onların da əksəriyyəti feyklərdir və vəzifələri mənfi rəy müəlliflərini lənətləməkdir?”

Təbii ui, bu cür “xoş” münasibətdən sonra Paşiyanın Ermənistanı tərk etğmək istəyi başadüşüləndir. Yəni 2018-ci ilin “yeriyən adamı” bir azdan “yüyürən adam” kimi tarixə düşə bilər. Yəqin ki, koronavirus pandemiyası bitəndən müəyyən qədər sonra Paşinyanı qərbin hansısa guşəsindən “Facebook” yayımı açan görəcəyik.