Pandemiyaya qarşı könüllü mübarizə əsgərləri

19 May, 2020 16:28 | Siyasət | Baxış sayı: 63

Qubada könüllülər Covid-19 pandemiyasına qarşı mübarizə, xüsusi karantin qaydalarına əməl edilməsi və rayondakı aztəminatlı təbəqəyə yardım edilməsi istiqamətində geniş miqyaslı tədbirlər görülür.

İstiPress-in şimal bürosunun məlumatına görə, Quba İH-də rayon qərargahı yaradılıb, karantin rejiminin tələblərini əhali arasında geniş təbliğ eləmək üçün mobil qruplar yaradılıb.

Rayon rəhbərliyi və ih aparatının əməkdaşları və digər aidiyyatı idarə rəhbərləri əhali arasında gündəlik olaraq maarifləndirmə və izahat işləri aparılıb,sakinlərin pandemiyadan qorunması üçün bütün zəruri tədbirlər görülüb.

Qubada keçirilən bütün tədbirlərdə könüllülər fəal iştirak edib. Azərbaycan prezidenti İlham Əliyevin "Biz birlükdə güclüyük" çağırışına mütəşəkkilliklə qoşulub. Minlərlə aztəminatlı və şəhid ailələrinə, fiziki qüsuru olan şəxslərə evlərində baş çəkilib, onlaraHeydər Əliyev Fondu, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Quba rayon İH-nin, eləcə də digər təşkilatların və xeyriyyəçilərin xəttilə ysrdımlar çatdırılıb və bu xeyirxah aksiyalar davam etməkdədir.

Xüsusi karantin günlərində Milli Hematologiya və Transfiziologiya Mərkəzinin Quba bölməsində "Könüllü donor" adlanan qanvermə aksiyası keçirilib. Qanvermədə rayon ih başçısı Ziyəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və könüllülər iştirak edib.

Alman faşizmi üzərində tarixi qələbənin 75 illiyi ərəfəsində rayon ih başçısı Ziyəddin Əliyev və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin könüllüləri 3 nəfər müharibə veteranını ziyarət edib. Eyni zamanda könüllülər rayonda tənha yaşayan ahıl şəxslərə öz evlərində müxtəlif yardımları çatdırmaqda da xüsusi fəallıq göstəriblər

Bəşir Səfəroğlu adına Quba mədəniyyət mərkəzinin nəzdində yaradılmış "Könüllülər" teatrı da xüsusi karantin dövründə onlarla tamaşaya hazırlaşıblar.Pandemiya dövrünsə elan olunmuş "Evdə qal", "evdə yarat", "Evdə qal", mütaliədən qalma" və digər layihələr çərçivəsində Quba rayon MKS-nin könüllüləri oxucuları layihələrdə fəal iştirak etməyə çağırıb.

Covid -19 pandemiyası təhlükəsi hələ davam etdiyindən və bəzi yumşaldılmalara baxmayaraq İH, müxtəlif idarə və təşkilatlar və könüllülər tərəfindən pandemiya ilə əlaqədar maarifləndirmə işləri davam etdirilir,insanlara pulsuz maska və antiseptik vasitəkər paylanılır.