Səudiyyə kralı ərəb liderlərini təcili yığır - İrana görə

19 May, 2019 14:57 | Siyasət | Baxış sayı: 168
Kral Salman
Kral Salman

Krallığın Xarici İşlər Nazirliyi açıqlama yayıb

Səudiyyə Ərəbistanının kralı Salman İranla münasibətlərin kəskinləşməsi fonunda ərəb dünyasının liderlərini Məkkədə fövqəladə sammit keçirməyə səsləyib.

İstiPress-in məlumatına görə, bu barədə SPA agentliyi krallığın Xarici İşlər Nazirliyinə istinadən xəbər yayıb.

“İki nəcib tutyanın mühafizi (Səudiyyə monarxının rəsmi titulu) özünün qardaşları Fars körfəzi dövlətləri Şurasının liderlərini iyunun 30-da Məkkədə iki fövqəladə sammit keçirməyə dəvət edir”, - deyə məlumatda bildirilir.