Koronavirus İranda can almaqda davam edir

19 Aprel, 2020 14:48 | Siyasət | Baxış sayı: 101

57 023 nəfərin koronavirusdan sağalıb

İranda ötən sutka ərzində daha 87 nəfərin koronavirusdan (COVID19) ölməsi öz təsdiqini tapıb.

İstiPress-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. 

K.Cahanpurun sözlərinə görə, ümumilikdə bu günədək İranda koronavirusdan ölənlərin sayı 5 118 nəfərə yüksəlib.

Cahanpur əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 1 343 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 82 221 nəfərə çatıb. 3 456 nəfərin vəziyyəti isə ağırdır.

Nazirlik rəsmisi indiyədək İranda 57 023 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 341 mindən çox test aparılıb.