Suriyada Rusiya və İran həbçiləri arasında atışma - 2 ölü

19 Aprel, 2019 18:38 | Siyasət | Baxış sayı: 68
Rusiya ordusu Suriyada
Rusiya ordusu Suriyada

Rusiya hərbi polisi ilə İranın İnqilab Keşikçiləri Qvardiyası ilə atışıb

Suriyanın mərkəzi hissəsində yerləşən Deyr əz-Zor əyalətinin Mayadin rayonunda Rusiya hərbi polisi ilə İranın İnqilab Keşikçiləri Qvardiyasının döyüşçüləri arasında atışma baş verib.

İstİPress-in məlumatına görə, Türkiyənin “Yeniakit” nəşri xəbər verir ki, hadisə nəticəsində İranın 2 hərbçisi ölüb, Rusiyanın 4 hərbçisi yaralanıb.

İran və Rusiya hadisə ilə bağlı hələ ki rəsmi açıqlama yaymayıblar.