“Sinif yoldaşımı bıçaqlamışdım” - Fəzail Ağamalı

19 Aprel, 2019 18:58 | Siyasət | Baxış sayı: 109
Fəzail Ağamalı.Milli Məclisin üzvü
Fəzail Ağamalı.Milli Məclisin üzvü

Millət vəkili orta məktəb xatirələrini danışıb

"Mən ən sərt sistemin dövründə orta məktəbdə oxumuşam. Tam məsuliyyətlə deyirəm, dəcəl olduğum üçün danlanmışam. Hətta məktəbdən 10 günlük uzaqlaşdırılmışam”.

İstiPress-in məlumatına görə, bunu deputat Fəzail Ağamalı azvision.az saytına açıqlamasında deyib. Deputat bildirib ki, sinif yoldaşıyla dalaşıb, ona gücü çatmadığı üçün bud nahiyəsinə bıçaqla xəsarət yetirib: “Rəhmətlik babam təkid etdi ki, uşaq məktəbə qaytarılmalıdır. Dedi, mənim uşağımı döyüblər, heç kim aralamayıb, o da məcbur olub bıçaqdan istifadə edib. Ancaq heç zaman valideynlərim və ya müəllimlərim dərsə görə məni cəzalandırmayıblar. Bir dəfə qardaşımı müdafiə edib özümdən böyük bir oğlanı döymüşdüm. Məni atama şikayət etmişdilər. Atam da məni cəzalandırmışdı. Yalnız onda atamı 3-4 gün danışdırmamışam”.