Sarkisyanın taxtını yıxan savaş

19 Aprel, 2019 11:41 | Siyasət | Baxış sayı: 135
Ermənistanda Serj Sarkisyana qarşı aksiya
Ermənistanda Serj Sarkisyana qarşı aksiya

Azərbaycan torpaqları azad etmək iqtidarında olduğunu göstərdi

Serj Sarkisyan rejiminin dağılmasına 2016-cı ildə Qarabağada baş verən dördgünlük aprel savaşları səbəb oldu. Bu barədə Berlində yerləşən Şərqi Avropa və beynəlxalq Araşdırmalar Mərkəzinin (ZOIS) məlumatında qeyd edilib. Alman politoloq Nadya Duqlasın sözlərinə görə, məhz aprel savaşları Sarkisyan rejiminin təməlini laxladıb.

Duqlas hesab edir ki, İrəvanın xarici siyasəti hakimiyyətin dəyişməsindən asılı olaraq dəyişməyəcək. Amma baş nazir Nikol Paşinyan üçün Azərbaycanla əlaqələri normallaşdırmaq olduqca vacibdir. "İctimai rəy, sorğular göstəriri ki, sosial-iqtisadi problemlərdən sonra Ermənistan xalqı Qarabağı ən kəskin problem hesab edir. Bu, ölkənin stabilliyi və təhlükəsizliyi üçün çox böyük təhdidir".

Başqa alman politoloq Silvia Ştenber aprel savaşları ilə məxməri inqilab arasındakı əlaqələri daha detallı təhlil edib. Onun sözlərinə görə, Azərbaycan 2016-cı ildə işğal edilən torpaqları azad etmək iqtidarında olduğunu göstərdi. Erməni hərbçilər isə yaxşı təhciz edilməmişdilər və effektiv müdafiəyə hazır deyildilər. Politoloq hesab edir ki, Ermənistanın baş nazirinin bu gün siyasi manevr sahəsi olduqca məhduddur. "O öz sələflərindən daha kəskin bəyanatlar verərək səhvlər edir. Bu isə Ermənistanda artan narazılıq fonunda çox qorxuludur".