Kimlə Trampın görüş yeri dəyişdi

19 Aprel, 2018 09:00 | Siyasət | Baxış sayı: 75
Şimali Koreya prezidenti Kim Çen IN
Şimali Koreya prezidenti Kim Çen IN

Gözlənilən görüş Avropa ölkəsində olacaq .

Dünyanın ən qamalqallı iki prezidentinin görüş yeri bilindi. İstiPress-in məlumatına görə, heç bir xəbərdarlığa boyun əyməyən, dünyaya meydan oxuyan Şimali Koreya lideri Kim çen In ABŞ-ın dövlət başçısı Donald Trampla İsveçrədə bir araya gələcək.

NBC telekanalının məlumatına görə, artıq Çinin, Monqolustanın paytaxtları iki liderin görüşü üçün mümkün məkan kimi nəzərdən keçirilmir. Buna səbəb təhlükəsizlik məsələləridir.

Amerikalı məmurlar Avropa ölkələrinə üstünlük verirlər. Görüşün keçirilməsi üçün təklif edilən siyahıda ilk yeri isə İsveçrə tutur. 

Xatırladaq ki, Kimlə Trampın görüşünün may ayına kim baş tutuması planlaşdırılırdı. Bir müddət öncə isə ABŞ-ın dövlət başçısı görüşün iyun ayında ola biləcəyini açıqlayıb. "Əgər hər şey yaxşı gedərsə. Amma baş tutmaya da bilər".