11 yaşlı uşaq ABŞ-ın Suriya yalanının üstünü açdı VİDEO

19 Aprel, 2018 14:29 | Siyasət | Baxış sayı: 320
Suriyadakı yalanın üstünü açan uşaq
Suriyadakı yalanın üstünü açan uşaq

"İçəri girən kimi məni tutub suladılar"

Suriyada kimyəvi hücum baş verdiyini idda edənlərin daha bir yalanı üzə çıxdı. İstiPress-in məlumatına görə, Dumadakı hücumda zəhərlənmiş kimi təqdim edilən uşaqlardan biri və ailəsi açıqlama verib.

11 yaşlı Həsən Diabu adlı уuşağın atasının sözlərinə görə, bu ssenaridə iştirmakın əvəzində oğluna peçenye və s verilərək evə göndərilib. "Biz zirzəmidə ididk. Anam dedi ki, ola bilər ki, bu gün yeməyimiz olmasın. Birdən kimsə "hamı xəstəxanaya" deyib qışqırdı. Biz də getdik. İçəri girən kimi mənim üstümə su tökdülər. Bundan sonr ayatağa uzandırdılar". 

Kişi qeyd edib ki, oğlu özünü çox yaxşı hiss edir və əslində heç bir kimyəvi hücum olmayıb.

Xatırladaq ki, ABŞ Fransa və İngiltərə ilə birlikdə bu hücumu əsas gətirərək Suriyaya  raket zərbələri endirib.