Çindən dünyanı sevindirən xəbər - virus tapılmadı

19 Mart, 2020 09:38 | Siyasət | Baxış sayı: 180
Koronavirus
Koronavirus

Uhanda son sutkada yoluxma və ölüm olmayıb

Koronavirusun mənbəyi olan Uhanda son sutka ərzində heç bir yoluxma faktı qeydə alınmayıb. Çində isə qurban sayı son sutkada 8 nəfər olub. Yoluxanların sayı 34-ə çatsıb. 819 nəfər isə sağalıb. Bu barədə ölkənin Səhiyyə İdarəsi məlumat yayıb. 

İdarənin məlumatına görə, ümumilikdə ölkədə epidemiya başlayandan 80,9 min adam yoluxub ki, onların da 70,4 mini sağalıb. 3245 nəfər ölüb. 

Çində vəziyyət get-gedə stabilləşsə də dünada, xüsusi ilə Avropada gərginlik davam edir. İtaliyada son sutka ərzində ölənlərin sayı 500-ə yaxın olub. Bununla da ölkə ölü sayına görə Çindən sonra ikincidir  - 2978 nəfər.