Moskva İrəvana nəzarəti gücləndirir

19 Mart, 2019 19:42 | Siyasət | Baxış sayı: 194
İrəvan qışda
İrəvan qışda

Lavrovla Mnasakanyanın müəmmalı telefon danışığı

Ermənistan XİN iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasındakı telefon danışıqları ilə bağlı müəmmalı məlumat yayıb.

Sergey Lavrovla Mnasakanyanın danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub. Bu barədə “168 Jam” qəzeti yazır. Əsas mövzu isə Azərbaycan prezidenti İlham Əliyevlə Paşinyanaın gözlənilən görüşü olub.

Qəzet yazır ki, Rusiya tərəfi İrəvanın Moskva ilə məsləhətləşmə aparmadan hansısa güşətlərə gedə bilməsi narahat edir: “Rusiya istəmir ki, mümkün proses onun nəzarətindən kənarda baş tutsun”.