Türkiyə səfirliyinə hücum oldu

19 Mart, 2018 12:33 | Siyasət | Baxış sayı: 105
Türkiyə səfirliyinə hücum - Danimarka
Türkiyə səfirliyinə hücum - Danimarka

Türkiyənin Danimarkadakı səfirliyinə silahlı hücum olub.

İstiPress-in "Ren.TV"yə istinadən məlumatına görə, naməlum şəxslər səfirlik binasına “Molotov kokteyli” atıblar. Hücum zamanı binada heç kim olmayıb. “Reuters”un yaydığı məlumatda binaya ziyan dəydiyi bildirilib.

Hücumu iki nəfərin törətdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır, hələlik saxlanılan şəxs yoxdur.