Emin Putinin məktubunu Trampa aparıb

19 Mart, 2018 18:27 | Siyasət | Baxış sayı: 494
Emin Ağalarov Donald Trampla birlikdə
Emin Ağalarov Donald Trampla birlikdə

ABŞ mətbuatının sensasion açıqlaması

Azərbaycanlı iş adamı, müğənni Emin Ağalarov Rusiya prezidenti Vladimir Putinin gizli məktubunu ABŞ-ın indiki prezidenti Donald Trampa çatdırıb.

İstiPress-in məlumatına görə, bu barədə ABŞ-da yenicə çapdan çıxmış «Rus ruleti: Putinin Amerikaya qarşı müharibəsinin gizli tərəfləri və Donald Trampın seçilməsi» kitabında iddia edilir.

Maykl İsikoff və Devid Korn tərəfindən yazılmış kitab hələ satışa çıxarılmamış «The New York Times» kitabdan bəzi hissələri çap etməyə başlayıb. Qəzet nədənsə çap etdiyi hissələrdə azərbaycanlı iş adamı, müğənni Emin Ağalarovu ön plana çıxarır.

Müəlliflər hadisələrin axışını belə sistemləşdirirlər. Onların yazdığına görə, Donald  Trampla Vladimir Putin arasında anlaşma 2013-cü ilin noyabr ayında bağlanıb. Donald Trampa "Dünya gözəli" müsabiqəsinin başçısı kimi Moskvaya uçur, məqsədi Putinlə Moskvada Tramp qüllələri tikməyə icazə almaq olub. Putin tıxac üzündən başqa tədbirdən Trampla görüşə gələ bilməyib. Göydələnin tikintisi barədə saziş isə müəlliflərin "Putinin inşaatçısı" adlandırdığı azərbaycanlı iş adamı Araz Ağalarovla bağlanıb.

Müəlliflər bu məqamda Araz Ağalarovun oğlu "Crocus Group"un vitse-prezidenti Emin Ağalarovu önə çıxarırlar. Onun Trampla birgə şəkli kitabın üz qabığına çıxarılıb. Müəlliflər iddia edirlər ki, bundan bir neçə ay sonra Emin Nyu-Yorkda Donal Trampın "Tramp Tower"də yerləşən imənzil qərargahında peyda olub. Onun əlində qara rəngli qutu olub və müəlliflər iddia edirlər ki, Emin həmin qutuda Putinin Trampa məktubunu gətiribmiş.