Azərbaycanda Putinə səs verənlər

19 Mart, 2018 15:39 | Siyasət | Baxış sayı: 181
Vladimir Putin
Vladimir Putin

Rusiyanın Azərbaycandakı səfirliyində açılan seçki məntəqəsində prezident seçkilərində 1517 Rusiya vətəndaşı iştirak edib.

İstiPress-in məlumatına görə, bu barədə səfirliyin mətbuat xidməti xəbər verib. Diplomatik missiyadan bildirilib ki, seçki mütəşəkkil keçirilib və heç bir şikayət daxil olmayıb.

Səsvermənin yekunlarına dair bu nəticələr qeydə alınıb: Vladimir Putin - 1252 səs (83,3%), Pavel Qrudinin - 119 səs (7,92%), Vladimir Jirinovski - 35 səs (2,33%), Kseniya Sobçak - 57 səs (3,79%), Qriqori Yavlinski - 17 səs (1,13%), Boris Titov - 11 səs (0,73%), Maksim Suraykin - 7 səs (0,47%), Sergey Baburin - 5 səs (0,33%).

Səfirlik seçkilərin təşkilində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə minnətdarlıq edib.